Gələcəkdə həyat tərzini yaxşılaşdırmaq və karyera imkanlarını yüksəltmək üçün bir çox gənclər xarici ölkələrə üz tutmağa üstünlük verir. Hətta elə tələbələr də olur ki, dövlət dəstəyi ilə xaricə göndərsələr belə, təhsilini başa vurduqdan sonra ölkəmizə qayıtmağa tərəddüd edirlər. Bu da ölkəmizdə savadlı kadrların və mütəxəssislərin azalmasına gətirib çıxarır.
İqtisad elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin iqtisadiyyat və idarəetmə kafedrasının dosenti Asiman Quliyev "Yeni Azərbaycan" - a açıqlamasında təklif edir ki, həmin gənclər ölkədaxilindəki iqtisadiyyatla və məhsullarla daha bağlı maraqlansınlar: "Bir çox tələbələr təhsil üçün xaricə gedir və dövlət də onlara lazımi qayğı göstərir. Amma təklif edərdim ki,
ölkə daxililindəki iqtisadiyyatla və məhsullarımızla bağlı maraqlansınlar. İnsan çox bahalı kapitaldır və mütəxəssis olaraq yetişənə kimi üzərində işləmək lazımdır. Və eyni zamanda hansı sahələrə daha çox meyilli olduğunu müəyyən etmək əsas şərtdir. Təhsillərini başa vurandan sonra tələbələrin hansı sahələr üzrə potensiallaşdığını müəyyənləşdirib, onları həmin sahəyə doğru yönləntmək lazımdır.”
Mütəxəssis son onlara onu da qeyd edib ki, ölkə daxilində qiymətlər, bir çox Avropa ölkələrinə baxanda daha sərfəli və uyğundur: "Araşdırmalardan görürük ki, səhiyyə xidmətlərindən tutmuş bazar qiymətlərinə kimi bütün sahələrdə gənclər üçün karyera qurmağa Azərbaycan daha uyğundur".
Havar Şəfiyeva