Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəranda ağır yol qəzası olub, ölən və yaralananlar var

Lənkəranda iki minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Ələt-Astara magistralının 152-ci kilometrliyində, Lənkəran rayonu ərazisində baş verib.

Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir.

Hazırda hadisənin təfərrüatları, ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.