Lənkəranda avtomobil 67 yaşlı piyadanı vurub

Lənkəranda avtomobil 67 yaşlı piyadanı vurub

Lənkəran rayonunun “Şiləvar dörd yolu” deyilən ərazidə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Nərminə Aslan qızı Səfərovanı vurub. Baş nahiyəsindən xəsarət alan piyada Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə çatdırılıb. Hazırda yaralıya ilkin tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.