Vətəndaşları düşündürən və xüsusi diqqət yetirməli olan presudurlardan biri də mənzil əldə etməsi məsələsidir. Lakin bəzi vətəndaşlar bu yolda müxtəlif problemlərə üzləşir. Bəs bu yolda qarşılaşacağımız risklərə necə mübarizə aparmalıyıq?
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, araşdırılmadan tanımadığı vətəndaşdan və yaxud MMC - dən mənzil aldıqda risk daha böyük olur: "İstər ikinci əl, istərsə də yeni tikilən mənzil alarkən vətəndaşlar diqqətli olmalı və araşdırmalıdırlar. Qeyd edim ki, notariat qaydaları olmadan əldə edilmiş mənzillərdə risklər daha böyükdür. İkinci əl mənzilləri alanda notariat hər bir sənədi nəzərdən keçirir və qaydasında olub olmadığı müəyyənləşdirilir. Belə olduğu halda vətəndaşlara ziyan dəymir. Lakin MTK-lardan notariat təsdiqlənməsi olmadan alınan mənzillər kifayət qədər var. Son dövrlərdə belə halların azalması onunla bağlıdır ki, ölkədə həm paytaxt, həm də bölgələrdə mənzil alarkən tam yerinə oturuşmuş bir sistemdən istifadə olunur".
Havar Şəfiyeva