Hər il olduğu kimi, bu il də qəbul imtahanları cəmiyyətin müzakirə mövzusudur. Qəbul imtahanlarının cavabları çıxdıqdan sonra abituriyentlərin qarşısında duran növbəti mərhələ düzgün ixtisas seçimi etməkdir. Mütəxəssislər bildirirlər ki, abituriyentlərin həyatlarında ən ciddi seçimlərdən biri olan bu mərhələdə ali təhsil müəssisəsini və ixtisasını diqqətlə seçməlidirlər.
Milli Məclisin deputatı Ceyhun Məmmədov "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, birinci mərhələdə yüksək bal toplayanlar çox olub: "Hesab edirəm bu, önəmli məqamlardan biridir. Onu da qeyd edim ki, tələbələr getdikcə texniki sahələrə daha çox maraq göstərirlər. Lakin əvvəlki dövrlərdə humanitar fənlərə üstünlük verirdilər".
Millət vəkilinin sözlərinə görə texniki sahələrinin inkşaf etdiyini nəzərə alsaq tələbələrin doğru seçimdə olduğunu görərik: "Bundan əlavə kompüter elmləri, IT və Data sahələrinə də daha geniş meyl gözlənilir. Qeyd edim ki, sadaladığım sahələr təkcə ölkəmizdə yox, bütünu dünyada inkşaf etməkdədir. Tələbəlik illərinə daxil olarkən gənclərimiz də çalışmalıdırlar ki, ixtisas seçimini düzgün etsinlər. Bu zaman onların üzərinə böyük məsuliyyət düşür. İxtisas seçimində daha diqqətli olmaq üçün mütəxəssislərlə məsləhətləşməyi tövsiyə edirəm".
Havar Şəfiyeva