Ukrayna Silahlı Qüvvələri Qərb ölkələrinin silah təchizatını gecikdirdiyi üçün döyüş meydanında çətin vəziyyətə düşüb. "Yeni Azərbaycan" RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer deyib.
“Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Anatoli Bargileviç bizə oradakı vəziyyət barədə qısa məlumat verib, dəstək gecikmələri döyüş meydanında ciddi nəticələrə səbəb olub”.
Qeyd olunur ki, Bauer həmçinin Ukrayna tərəfini yardımın mümkün qədər tez çatacağına əmin edib. O, həmçinin yaxın gələcəkdə Kiyevdə sursatla bağlı vəziyyətin yaxşılaşacağına söz verib.
Havar Şəfiyeva