“Oracle Advisory Group”un müşahidəçisi: "Vətəndaşlar "exit-poll"da yüksək səviyyədə iştirak edir"

“Oracle Advisory Group”un müşahidəçisi: "Vətəndaşlar "exit-poll"da yüksək səviyyədə iştirak edir"

Hazırda 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində seçici fəallığı yüksəkdir.

Secki-2024.az saytı xəbər verir ki, bunu ABŞ-nin “Oracle Advisory Group”un müşahidəçisi Emil Mehdiyev deyib.

O vurğulayıb ki, seçki üçün lazımi şərait yaradılıb.

“Vətəndaşlarımız "exit-poll"da da tam məxfilik qorunmaqla yüksək səviyyədə iştirak edir”, - deyə o qeyd edib.