Macarıstanın baş naziri Viktor Orban hesab edir ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı sui-qəsd sonuncu deyil. "Yeni Azərbaycan" xəbər verir ki, bunu Rumıniyanın Baile Tusnad şəhərində çıxışı zamanı deyib.
Siyasətçi hazırkı seçki kampaniyası bitməmiş prezidentliyə namizədə yeni sui-qəsd cəhdlərinin mümkün olduğu qənaətindədir. Orban onu da bildirib ki, bir gün əvvəl Trampla telefon danışığı olub. Macarıstanın baş nazirinin sözlərinə görə, ABŞ-ın keçmiş lideri Amerika xalqını postmilli liberal dövlətdən milli dövlət vəziyyətinə qaytarmağı qarşısına məqsəd qoyub və bu səbəbdən də onu həbs etmək istəyirlər.
Havar Şəfiyeva