Ötən il 2404 qadın Uşaq və Ailələrə Dəstək mərkəzlərinə müraciət edib

Ötən il 2404 qadın Uşaq və Ailələrə Dəstək mərkəzlərinə müraciət edib

2022-ci il ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək mərkəzlərinə (UADM) 3166 nəfər tərəfindən müxtəlif mövzularda, o cümlədən məişət zorakılığı ilə bağlı 3361 müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə oktyabrın 25-də Milli Məclisdə müzakirə edilən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, müraciət edənlərin 762 nəfəri kişi, 2404 nəfəri isə qadın olub. UADM-lar tərəfindən erkən nikahla bağlı 11 və təhsildən yayınma (bunlardan 15-i qız, 7-i oğlan olub) ilə bağlı 22 faktın qarşısı alınıb, aidiyyəti qurumlarla birgə profilaktik işlər görülüb.