Parlament seçkilərini izləmək üçün indiyədək 480 yerli müşahidəçi qeydə alınıb

Parlament seçkilərini izləmək üçün indiyədək 480 yerli müşahidəçi qeydə alınıb

2024-cü ilin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərini izləmək üçün indiyədək Mərkəzi Seçki Komissiyasında 480 yerli müşahidəçi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov iyulun 22-də keçirilən iclasda bildirib.

MSK sədri deyib ki, müşahidəçilərin 344 nəfəri öz təşəbbüsü, 10 nəfəri qeyri-hökumət təşkilatlarının xətti, 126 nəfər isə xüsusi icazə ilə qeydə alınıb.