Paşinyan Qarabağ müharibəsində Ermənistanın itkilərini etiraf etdi

Paşinyan Qarabağ müharibəsində Ermənistanın itkilərini etiraf etdi

2020-ci ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı Ermənistan tərəfindən 3 825 nəfər həlak olub.

Trend-in Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı etiraf edib.

"Bugünkü gün üçün müharibədə həlak olanların sayı 3 825 nəfər təşkil edib", - baş nazir deyib.

Qeyd edək ki, hərbi ekspertlər və mətbuat Ermənistanın İkinci Qarabağ müharibəsində itkilərinin daha çox olduğunu bildirirlər.