Prezident seçkilərini izləmək üçün 23 xarici media qurumu müraciət edib. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, indiyədək Yaponiya, Türkiyə, Almaniya, İtaliya , Rusiya və bir sıra ölkələrdən 23 media qurumunun 61 əməkdaşı növbədənkənar prezident seçkilərini izləmək üçün müraciət edib.
M.Pənahov vurğulayıb ki, növbədənkənar prezident seçkilərinə xarici KİV-lərin marağı yüksək səviyyədədir.