Azərbaycanda prezident seçkilərini izləmək üçün 89 min 366 yerli müşahidəçi qeydiyyatdan keçib. Secki-2024.az saytı xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. MSK sədri bildirib ki, onlardan 5405-i MSK, 83 961-i isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.