Regionlar üzrə ümumi məhsul buraxılışı artıb

Regionlar üzrə ümumi məhsul buraxılışı artıb

2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% artaraq (nominal ifadədə) 7,8 milyard manat təşkil edib.

Bu barədə İqtisadiyyat Nazirliyi xəbər verir.

Məlumata görə, cari ilin yanvar-mart aylarında regionlara kredit qoyuluşu 18% artaraq 5,6 milyard manat, əsas kapitala investisiyalar isə 1,7 milyard manat təşkil edib.