Yevgeni Priqojinin bəyanatları silahlı vətəndaş münaqişəsinə çağırışdır.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında belə deyilir.
Məlumatda bildirilir ki, FTX “Vaqner”in döyüşçülərini Y.Priqojinin əmrlərini yerinə yetirməməyə və onun saxlanılması üçün tədbirlər görməyə çağırır.
Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".