Rusiya Ukrayna ilə müharibədə ilk dəfə itkilərinin sayını açıqlayıb

Rusiya Ukrayna ilə müharibədə ilk dəfə itkilərinin sayını açıqlayıb

Rusiya Müdafiə Nazirliyi Ukraynada gedən hərbi əməliyatlarda həlak olan hərbçilərinin sayını açıqlayıb.

TASS-ın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ukraynadakı hərbi əməliyyatlarda indiyə kimi Rusiya tərəfindən 498 nəfər həlak olub, 1597 nəfər isə yaralanıb.