Rusiyada baş verən yol qəzasında azı 5 nəfər ölüb, 8 nəfər yaralanıb

Rusiyada baş verən yol qəzasında azı 5 nəfər ölüb, 8 nəfər yaralanıb

Yanvarın 28-də saat 03:02-də Rusiyanın Kuban şəhərində Moskva-Nalçik marşrutu ilə hərəkət edən sərnişin avtobusu yük avtomobili ilə toqquşub, nəticədə 5 nəfər ölüb. 

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin bölgə üzrə Baş İdarəsinin məlumatında bildirilib. 

“Pavlovski rayonunda baş vermiş qəza nəticəsində avtobusun 8 sərnişini xəsarət alıb. Onlardan ikisi azyaşlıdır”, - deyə məlumatda qeyd edilib.