Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb. Secki-2024.az saytı xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib.
Belə ki, qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 24-3 gün qalanadək başa çatdırılmalıdır.