Seçki günü proseslərin birbaşa izlənilməsi, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin olunması üçün texniki parametrləri gücləndirilmiş və daha da təkmilləşdirilmiş veb-kameralardan istifadə olunur.
"Seçki 2024" Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.
O bildirib ki, veb-kameralar vasitəsilə hər kəs istər ölkə daxilində, istərsə də ölkə xaricindən seçki günü MSK-nın internet səhifəsinə daxil olmaqla, heç bir qeydiyyat tələb olunmadan, səsvermə günü məntəqələrdəki bütün prosesləri yüksək görüntü effekti ilə fasiləsiz müşahidə edə biləcəklər.