Şərur rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralında qeydə alınıb. Hadisə nəticəsində piyada Şərur rayon Dəmirçi kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Xəyal Əsgər oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.