Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlər əlaqədar 604 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurum sədri Məzahir Pənahov deyib.
Komissiya sədri bildirib ki, beynəlxalq müşahidəçilərin 227 nəfəri ATƏT-in Demokratik Təsisatlsr və İnsan Haqları Bürosunun müşahidəçiləridir.
“111 min 200-ə yaxın yerli müşahidəçi qeydə alınıb. 25 siyasi partiyanın 65 minə yaxın müşahidəçisi qeydiyyatdan keçib”, - deyə MSK sədri bildirib.