Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 29-da bu il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Ağ Partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb.
AZƏRTAC xəbər verir ki, bunun bağlı məsələ MSK-nın avqustun 29-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, Ağ Partiyanın 13 səlahiyyətli nümayəndəsi qeydə alınmaq üçün müraciət edib.