2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində 374 nəfər ilk dəfə səs verəcək.
AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun avqustun 29-da keçirilən iclasında deyib.
Milli Məclisə seçkilərlə bağlı maarifləndirmə layihələrinə artıq yekun vurulduğunu diqqətə çatdıran Rövzət Qasımov əlavə edib: “Başa vurduğumuz digər layihə ilk seçicilərlə bağlıdır. Gözdən əlillər üçün trafaretlərin hazırlanması prosesi də yekunlaşıb”.