Türkiyədə ağır yol qəzası olub

Türkiyədə ağır yol qəzası olub

Türkiyənin Konya şəhərində yük maşını ilə avtomobil toqquşub.

“Haber Global” xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qəzanın səbəbi araşdırılır.