Gözəl görünmək hər bir xanımın arzusudur. Xanımlar istədikləri nəticəni əldə etmək üçün müxtəlif üsullardan və vasitələrdən istifadə edirlər. Son dövrlər ən çox üz tutulan isə kosmetoloji prosedurlardır. Bu prosedurlar zaman keçdikcə yenilənməsinə baxmayaraq, bəzi hallarda həkimlərin səhvi, bəzən də xəstənin diqqətsizliyinə görə müxtəlif problemlərlə üzləşirlər.
Kosmetoloq İlahə Rərimli "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, 16 yaşına çatmayan insanlara kosmetoloji prosedurlar etmək məsləhət görülmür. Onun sözlərinə görə eyni zamanda yaşı 70- dən yuxarı olan insanlar bu prosedurlardan istifadə etdikdə nəticə istənilən kimi alınmır: "Kosmetoloji prosedur keçmiş şəxs həmin gün qaynar sudan və isti hamamdan özünü qorumalıdır. Hazırda ən çox müraciətlər botoks və dolğu üçün olunur. Lakin digər prosedurlara müraciət edənlərin sayı da az deyil".
Qeyd edək ki kosmetoji prosedurlar zamanı infeksion xəstəliklər bəzən qaçılmaz olur.
Kosmetoloq bildirir ki, infeksiyaya yoluxmamaq üçün ilk növbədə həkim, ikinci növbədə isə pasiyent diqqətli olmalıdır: "Prosedur zamanı həkim mütləq şəkildə əlcəkdən taxmalıdır. Eyni zamanda istifadə əşyaların təmizliyinə, vaxtına diqqət yetirmək lazımdır. Eyni zamanda risk qrupuna daxil edilən şəxslərin, məsələn, şəkər, şiş xəstəlikləri, ankoloji xəstəlikləri olan kəslərin bu prosedurları etməsi əks təsirlərə səbəb ola bilər".
Havar Şəfiyeva