Azərbaycanla Somali müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq edəcəklər.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin aprelin 22-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.
Saziş 2025-ci il fevralın 12-də Bakı şəhərində imzalanıb.