Koronavirusun “Omikron” yeni ştamı ilə bağlı təhlükənin azalması dünya bazarlarında neftin qiymətlərinin artmasına səbəb olub. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, çərşənbə axşamı beynəlxalq bazarlarda “Brent” markalı neftin bir barelinin qiyməti 74,09 dollar təşkil edib. WTI markalı xam neftin fyuçerslərinin dəyəri 70,66 dollara bərabər olub.
Xatırladaq ki, qiymətlərin bahalaşmasına “Omikron” ştamının qlobal iqtisadiyyatın bərpasına və neft tələbinə mümkün təsiri ilə bağlı qorxuların azalması kömək edib.