Neftin qiyməti ucuzlaşıb

Neftin qiyməti ucuzlaşıb

Son günlər bazarda mövcud olan qeyri-müəyyənlik və gələn il təklifin tələbdən daha güclü artacağı qorxusu fonunda neft kotirovkaları ticarətdə azalır. yeniazerbaycan.com-un Rusiyanın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, 15 dekabrda “Brent” markalı neftin qiyməti Londonun ICE Futures birjasında 0,69 dollar (0,9%) daha ucuzlaşaraq 72,89 dollara satılıb.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron ticarət zamanı WTI markalı neftin yanvar fyuçersləri 0,92 dollar (1,3%) ucuzlaşaraq bir barelə görə 69,81 dollar olub.

Beynəlxalq Enerji Agentliyi (IEA) cari və gələn il üçün neftə tələbat təxminlərinin sutkada 100 min barel azaldığını bildirib.