Oktyabrın 6-dan bəri ilk dəfə olaraq Avropada qazın qiyməti yeni rekord doğru gedir. yeniazerbaycan.com Rusiyanın “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına görə, Avropada qaz fyuçerslərinin qiymətləri çərşənbə günü ticarətin əvvəlində oktyabrın 6-dan bəri ilk dəfə min kubmetr üçün 1550 dolları ötüb.
Ticarət sessiyasının açılışında Hollandiya TTF indeksi üzrə fyuçerslərin dəyəri 1480 dolları bir qədər ötüb, cüzi enişdən sonra artım nümayiş etdirməyə başlayıb və 1553,9 dollar təşkil edib ki, bu da ötən ilin hesablanmış qiymətdən 3,7 faiz yüksəkdir.