Türkiyə Ermənistana xüsusi nümayəndə təyin edib

Türkiyə Ermənistana xüsusi nümayəndə təyin edib

Türkiyə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə keçmiş ABŞ səfiri Serdar Kılıçı təyin edib.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu BƏƏ-yə səfəri zamanı açıqlayıb.

Türkiyə XİN rəhbəri əlavə edib ki, normallaşma prosesi üzrə işlər Azərbaycanla koordinasiyalı şəkildə aparılır.