Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Cəfərov Cəfər Məmməd oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
Cəbrayılov Məlikməmməd Saday oğlu
Əliyev Ramiz İbrahim oğlu
Qarayev Məmməd Abbas oğlu
Quliyev Elman Hilal oğlu
Rüstəmov Fərrux Abbas oğlu
Sultanov Oqtay Balaqədəş oğlu
“Tərəqqi” medalı ilə
Abdullazadə Nazilə Əbdül qızı
Allahmanov Mahmud Qara oğlu
Aslanov Eldar İkram oğlu
Əhmədova Naibə Əhmədağa qızı
Əliyev Rəcəb Əhməd oğlu
Əliyev Soltan Hüseyn oğlu
Əliyev Vaqif Kamil oğlu
Hacıyeva Ülviyyə Davud qızı
Həsənova Laçın Xalid qızı
Hüseynov Cahangir İslam oğlu
Kərimova Zülfiyyə Məhərrəm qızı
Qəribova Arifə Hacıbaba qızı
Mehbalıyeva Elnarə Cabir qızı
Məmmədov Razim Əli oğlu
Tağıyeva Zenfira Əsgər qızı
Umudov Qudrət Umud oğlu
Yusubov Fəxrəddin Allahverdi oğlu.
Prezident İlham Əliyev həmçinin Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam verib.
Sərəncamla Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilir:
Əliyeva Tinatin Məmməd qızı
Qaraməmmədli Yasin Alı oğlu
Rəsulov Rəis Azər oğlu
Verdizadə Nailə Allahverdi qızı.