Asiya ticarətində neft kotirovkaları "Omikron" koronavirus ştamının yayılması fonunda yanacağa tələbatın azalması ilə kəskin enişdən sonra mülayim şəkildə yüksəlir. yeniazerbaycan.com-un Rusiyanın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, “Brent” neftinin qiyməti dekabrın ən aşağı səviyyələrindən bir barel üçün 72,11 dollara qalxıb.
Belə ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı xamn neftin fevral fyuçersləri bazar ertəsi bağlanış səviyyəsinə qədər 0,59 dollar (0,82%) artaraq bir barel üçün 72,11 dollar təşkil edib.
Xatırladaq ki, neft bazarı üçün əsas mənfi amil Avropada yeni koronavirus məhdudiyyətləri olub.