TANAP və TAP ilə Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edilib

TANAP və TAP ilə Avropaya 12 milyard kubmetrdən çox qaz nəql edilib

TANAP və TAP vasitəsilə indiyə qədər Avropaya 12.4 milyard kubmetrdən çox təbii qaz nəql edilib.

Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın inkişaf modeli: Dünən, bu gün və sabah” mövzusunda keçirilən konfransda deyib.

"İndiyə qədər qaz satışından 155 milyon dollara yaxın gəlir əldə edilib", - P.Şahbazov deyib.

Nazir qeyd edib ki, istismara veriləndən indiyə qədər Azəri-Çıraq-Günəşli yatağından 545 milyon tona yaxın neft hasil edilib.