Talış dağlıq zonasında zəlzələ qeydə alınıb YENİLƏNİB

Talış dağlıq zonasında zəlzələ qeydə alınıb YENİLƏNİB

Lənkəranda zəlzələ olub. 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yerli vaxtla saat 17:23-də Lənkəranda zəlzələ qeydə alınıb. Təqribən 10 saniyə davam edən zəlzələni daha çox çoxmərtəbəli binalarda yaşayanlar hiss edib.

xxx

Mayın 11-də Talış dağlıq zonasında, Lənkəran ərazisində zəlzələ qeydə alınıb.

AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu xəbər verir ki, yerli vaxtla saat 17:23-də qeydə alınan yeraltı təkanların maqnitudası 5.2-yə bərabər olub.

Ocağı 18 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunub.