Tayvan öz sahillərində Çin döyüş təyyarələrini və gəmilərini izləyir

Tayvan öz sahillərində Çin döyüş təyyarələrini və gəmilərini izləyir

Tayvan, adanın yeni rəhbərliyinin andiçmə mərasiminə cavab olaraq keçirilən Çin Xalq Azadlıq Ordusunun  əsas təlimlərinin ikinci günündə  onlarla Çin hərbi təyyarəsi və gəmisini izləyib. "Yeni Azərbaycan" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Tayvan 49 hərbi təyyarə və 19 dəniz gəmisini, eləcə də Çin sahil mühafizə gəmilərini izlədiyini bildirib. 

Materialın müəllifləri əlavə ediblər ki, Çin mediaya Tayvanın "PLA" qüvvələri tərəfindən mühasirəyə alındığını göstərən ətraflı hesabatlar yayıb. 

Xatırladaq ki, bundan əvvəl Tayvan adanın yaxınlığında onlarla "PLA" təyyarəsini qeydə alıb.
Onların arasında "SU-30", "J-16" qırıcıları  da var. 

Havar Şəfiyeva