Artıq yay tətili günləridir. Paytaxtımıza və digər bölgələrimizə gələn turistlərin sayı günü gündən artır. Araşdırmalar gösrərir ki, turistlər daha çox Quba-Qusar, Şəki - Zaqatala - Qax bölgələrinə üstünlük verirlər.
Turizm üzrə ekspert Rəhman Quliyev "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, iqlim şəraitinə görə Cənub bölgələrinə hələ ki, sifarişlər azdır. Onun sözlərinə görə, həmin bölgələrə payız-qış aylarında turist axını daha çox olur: "Havaların sərin keçməsi şimal bölgələrə tələbatı artırır ki, bu da qiymətlərin artırılmasını qaçılmaz edir. Öz araşdırmalarımdan deyə bilərəm ki, otel daha çox müştəri qəbul etdikdə yemək çeşidlərini artırır və bu da qiymətin artmasına gətirib çıxarır. Ümumiyyətlə bu gün bu sektorda bahalaşmanın səbəbləri sıxlığın müşahidə olunması ilə bağlıdır. "
Havar Şəfiyev