Türkiyə ordusu İraqın şimalında PKK terrorçularını məhv edib

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularını məhv edib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat zamanı PKK terror qruplaşmasının üç üzvü öldürülüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Türkiyə bölgədə terrorçulara qarşı əməliyyatları ardıcıllıqla davam etdirir.