Türkiyə təhlükəsizlik qüvvələri ölkənin cənub-şərqində çoxsaylı hücumlarda iştirak edən terrorçunu zərərsizləşdirib. "Yeni Azərbaycan" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Erlikaya "X" sosial şəbəkəsində bildirib.
Türkiyə Daxili İşlər Nazirliyinin başçısı qeyd edib: "Mübarizəmiz sonuncu terrorçu zərərsizləşdirilənə qədər davam edir”. Hadisə nəticəsində 1 jandarma əməkdaşı yaralanıb.
Daha əvvəl məlumat verilmişdi ki, ölkənin kəşfiyyat xidmətləri İslam Dövləti ilə əlaqədə olmaqda şübhəli bilinən 36 nəfəri saxlayıb. O əlavə edib ki, Türkiyə terrorçulara qarşı qətiyyətlə mübarizəni davam etdirəcək.
Havar Şəfiyeva