Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyədə təlim təyyarəsi qəzaya uğrayıb

Türkiyənin Kayseri vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Bu barədə Türkiyə KİV-ləri xəbər verir.

Məlumata görə, təyyarədə olan iki pilot həlak olub. Əraziyə axtarış-xilasetmə və yanğınsöndürmə briqadaları cəlb edilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilib ki, Kayseridəki 12-ci Hava Nəqliyyatı Baş Baza Komandanlığından təlim üçün havaya qalxan Hərbi Hava Qüvvələri Komandanlığına məxsus SF-260D tipli təlim təyyarəsi naməlum səbəbdən qəzaya uğrayıb. Araşdırma aparılır.