2020-ci il müharibəsindən bəri mina qurbanlarının ümumi sayı 369-a yüksəlib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşım edib.
Bildirilib ki, dünən və bu gün daha bir Ermənistanın əkdiyi mina partlayışında ANAMA-nın bir əməkdaşı həlak olub, bir neçəsi isə ağır yaralanıb:
"Bu ölümcül təhlükə ilə mübarizə üçün beynəlxalq səylərin səfərbər edilməsi insan həyatının qorunması naminə hər zamankindən daha vacibdir".