Yaponiyanın İşikava prefekturasında ardıcıl baş verən 5,9 və 4,8 bal gücündə iki yeraltı təkan zamanı ilkin məlumata görə, 5 binaya ciddi ziyan dəyib.
"Kyodo News” İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə prefektura rəhbərliyi məlumat yayıb.
Bildirilib ki, ada ərazisindəki atom elektrik stansiyalarından birində müvəqqəti nasazlıq baş versə də, qısa müddətdə aradan qaldırılıb.
Prefekturanın yüksək dağlıq ərazilərindəki bəzi evlərdə xırda çatlar əmələ gəlib. Hazırda tikinti briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlərə cəlb olunub.