Yeni Azərbaycan Partiyası dünən Naftalanda seçki təbliğatına start verib. 9 oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan rayonu üzrə Seçki Qərargahının üzvləri kampaniyanın uğurla başlaması üçün xüsusi fəallıq göstəriblər. Belə ki, kampaniyada YAP Naftalan rayon təşkilatının fəal gəncləri böyük ruh yüksəkliyi ilə iştirak edirlər.