Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin təbliğat kampaniyasına İmişli rayonunda da uğurla start verilib.
Belə ki, sentyabrın 16-da sübh tezdən 79 saylı İmişli və 80 saylı İmişli - Beyləqan seçki dairəsinin ərazisində olan 73 məntəqənin təbliğat lövhəsinə YAP-ın fəalları tərəfindən cənab İlham Əliyevin plakatları yerləşdirilib. Bu prosesdə YAP İmişli rayon təşkilatının 250 nəfərdən çox fəalı iştirak edib.