9 oktyabrda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Gəncə şəhəri üzrə Seçki Qərargahı dünən təbliğat-təşviqat işlərinə start verib.
Gəncədə fəaliyyət göstərən bütün seçki məntəqələrində ayrılmış xüsusi lövhələrə Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Heydər oğlu Əliyevin portretləri birinci sıradan yapışdırılıb.
Gəncə şəhəri üzrə Mərkəzi Seçki Qərargahı tərəfindən müəyyənləşdirilmiş tədbirlər planına uyğun olaraq, seçicilərlə ilk görüş 17 sentyabr 2013-cü il saat 17:00-da Yeni Gəncə yaşayış massivindəki “Novruz” meydanında keçiriləcək.
AQŞİN