Qaradağda təbliğat və təşviqat kampaniyası uğurla başlayıb

Qaradağda təbliğat və təşviqat kampaniyası uğurla başlayıb

Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin Qaradağ rayonu üzrə Seçki Qərargahının üzvləri təbliğat-təşviqat işlərinə start verib. Seçki Qanunvericiliyinin tələblərinə uyğun olaraq Qaradağ rayonu üzrə fəaliyyət göstərən 2 dairə və 53 məntəqə üzrə müəyyənləşmiş işçi qrupları artıq təbliğat-təşviqat kampaniyası çərçivəsində nəzərdə tutulan vəzifələrin icrasına başlayıblar. Qaradağ rayonunda YAP-ın prezidentliyə namizədinin təbliğat-təşviqat plakatlarının yerləşdirilməsi kampaniyasında müəyyənləşmiş qruplar fəaliyyətlərini qrafik üzrə qurublar. Eyni zamanda, təbliğat-təşviqat kampaniyasında YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyi, könüllülər fəal iştirak edir. Qanunvericiliyin tələblərinə uyğun formada Qaradağ üzrə Seçki Qərargahında təbliğat və təşviqat kampaniyası uğurla davam edir.
AQŞİN