VIII Qurultay: yeni çağırışlar və strateji vəzifələr

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Yuxarı Daşkəsən qəsəbə, Mədənçilər,  Dəstəfur, Əhmədli və Mollahəsənli ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən yeni hədəflər və qarşıda duran vəzifələrlə bağlı yığıncaqlar keçirilib.

Yığıncaqlarda qurultay nümayəndələri – YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, ərazi partiya təşkilatının sədri Azər Mahmudov və rayon təşkilatı aparatının məsul işçisi Sərdar Xıdırov iştirak ediblər.

Çıxışlarda Prezident, YAP-ın Sədri İlham Əliyevin VIII Qurultaydakı proqram xarakterli nitqində vurğuladığı fikirlərin partiyanın yeni dövr üçün fəaliyyət istiqamətlərini müəyyən etdiyi bildirilib. Qeyd olunub ki, dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü siyasət ölkəmizin əldə etdiyi nailiyyətlərin qorunmasına, milli maraqların etibarlı şəkildə təmin olunmasına və Azərbaycanın davamlı tərəqqisinə zəmin yaradır.