Görüşdə Yeni Azərbaycan Partiyası ilə Konrad Adenauer Fondu arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb
YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Almaniya Federativ Respublikasının Konrad Adenauer Fondunun Cənubi Qafqaz Siyasi Dialoq üzrə regional proqramının direktoru xanım Katya Plate ilə partiyanın mənzil qərargahında görüşüb. Görüşdə Yeni Azərbaycan Partiyası ilə Konrad Adenauer Fondu arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin gücləndirilməsi, təşkilatlar arasında birgə layihələrin həyata keçirilməsi, o cümlədən gənc fəalların müxtəlif xarakterli görüşlərinin təşkili barədə fikir mübadiləsi aparılıb.