YAP 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirəcək
Yeni Azərbaycan Partiyası (YAP) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirəcək. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 12-də keçiriləcək konfransda Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məruzələr ediləcək, dövlət rəsmilərinin, siyasətçilərin çıxışları dinləniləcək. Konfransa YAP rəhbərliyi, millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri qatılacaq.