YAP Ağdam rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlığı davam etdirir

Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatı dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərinə hazırlığı davam etdirir. Təşkilatın sədri İsgəndər Quliyev bildirib ki, öz sıralarında 4 mindən artıq partiya üzvünü birləşdirən rayon təşkilatı bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsini təmin etmək, seçkilərdə partiya üzvlərinin fəallığını artırmaq, həmçinin, partiyanın layiqli üzvlərinin seçkilərdə qalib gəlməsi üçün öz işini səmərəli qurub. 21 nəfərdən ibarət qərargah yaradılıb, üzvlər arasında vəzifə bölgüsü aparılıb. Xatırladaq ki, rayonda 14 bələdiyyə mövcuddur. Bələdiyyə seçkilərində 35 seçki məntəqəsində 132 bələdiyyə üzvlüyünə namizəd mübarizə aparır.