YAP Ağdam rayon təşkilatında Zəfər Günü ərəfəsində Şəhid ailələri, qazi və veteranlarla  görüş keçirilib

06 noyabr 2026-cı il tarixində YAP Ağdam rayon təşkilatında Zəfər Günü ərəfəsində Şəhid ailələri, qazi və veteranlarla  görüş keçirilib.

Keçirilən tədbirdə Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, YAP fəalları, rayon ziyalıları, şəhid ailələri, müharibə iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişlər.

Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Şəhid Rövşən Mehdiyevin anası Atlas Mehdiyeva, Vətən müharibəsi qazisi Samir Məmmədov və başqaları öz çıxışlarında bildirdilər ki, şəhid ailələri, veteranlar daim dövlətin diqqət və qayğısı ilə əhatə olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həlli və rifahının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilmişdir.

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!